Bloq by Nargiz

Bakery by MyDom yaranma hekayə

Çoxları Bakery by MyDom açmaq ideyasının haradan gəldiyini maraqlandırır😊.
Bir neçə il əvvəl Avstriyada olarkən səhər gəzintisi zamanı bir kafedə dayandım və qəhvə içdim. Və bu kafedə müxtəlif növ çörəklər olan səbət gördüm. Həmin vaxt kafenin sahibi orada olub. Mən də bu səbət haqqında soruşdum. Mənə dedi ki, bu un məmulatları bu kafedə hazırlanır və bu məhsullar heç bir qatqısızdır.

Ertəsi gün yenidən bu kafedə getdim və sahibimdən mənə resept verməsini istədim. Və dediь ki, əgər mənə bu çörəyin reseptini verərsə, ömrüm boyu ona minnətdar olacağam. O razılaşdı və mən bir neçə gün onun yanına getdim və mənə öyrətdi. 

Azərbaycana gələndə bu çörəyi İçərişəhərdə yerləşən kiçik MyDom-da bişirməyə çalışdım. Və nəhayət başa düşdüm ki, o çörəyin dadını bizim undan almaq olmaz. Bir gün yenə çörək bişirirəndə, əlimdə çoxlu ədviyyat var idi. Bir anda bu ədviyyatları götürüb xəmirə əlavə etdim. Çörək heyrətamiz çıxdı. Mənimlə mətbəxdə olanların hamısı inanmırdılar ki, bundan bir şey çıxacaq

Hər gün bu inanılmaz çörəyi bişirirdik. Və onu dərhal alırdılar. Pandemiya zamanı insanların mağazada çörək üçün qarşıdurmalarının şahidi idim. Buna görə də Bakery by MyDom açmaq qərarına gəldim. Burada müxtəlif çörəkləri olan səbətlər də var. Bu səbətləri ziyarətə gedəndə ala bilərsiniz.